“Ferrari” komandasının monakolu pilotu Şarl Lekler evlənir.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
28 yaşlı Şarl sevgilisi, fransız-meksikalı Aleksandra Sent-Mleununla fotolarını paylaşaraq "Cənab və xanım Lekler" deyə, yazıb.
Qeyd edək ki, cütlük 2023-cü ildən münasibətdədir.
Şarl hazırda "Formula 1" pilotlarının reytinqində 210 xalla beşinci yerdədir.