Xanımından 7 ay sonra vəfat etdi

Xanımından 7 ay sonra vəfat etdi
1600 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin tanınmış teatr və kino aktyoru Ahmet Gülhan 85 yaşında dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, sənətçi təxminən bir həftə əvvəl ağciyər problemi səbəbilə xəstəxanaya yerləşdirilmişdi.

Dünən gecə vəziyyəti pisləşən Ahmet Gülha tromb səbəbilə nəfəs aparatına qoşulmuşdu. Səhər saatlarında isə aktyorun vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Ahmet Gülhan bu ilin mart ayında aktrisa həyat yoldaşı Gülümser Gülhanı itirdikdən sonra dərin kədər və ruh düşkünlüyü yaşayırdı.