Britni iddialardan sonra səhifəsini bağladı

Britni iddialardan sonra səhifəsini bağladı
406 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı müğənni Britni Spirs bir sıra narahatlıq doğuran paylaşımlardan sonra instaqram hesabını silib.

Axşam.az xəbər verir ki, bu barədə "Rolling Stone" jurnalı məlumat yayıb.

Hesabını silməzdən əvvəl Spirs keçmiş həyat yoldaşı Kevin Federlaynin "Sən bildiyini düşünürdün" adlı xatirələrinə şərh verən bir neçə post paylaşıb. Kitab cütlüyün gərgin münasibətlərini əks etdirir.

Qeyd edək ki, Kevin oğulları Şon Preston və Ceyden Ceyms yatarkən Britninin əlində bıçaqla içəri daxil olduğunu və onlara baxdığını iddia etmişdi.