Rassel Krou bu yolla 25 kiloqram arıqladı

Rassel Krou bu yolla 25 kiloqram arıqladı
1425 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur avstraliyalı aktyor Rassel Krou “Nyurnberq” filminin çəkilişləri başa çatdıqdan sonra 25 kiloqram arıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə aktyor “People” jurnalına verdiyi müsahibədə danışıb.

O bildirib ki, bir il əvvəl çəkisi 126 kiloqram olub, indi isə 100,9 kiloqramdır. Onun sözlərinə görə, artıq çəki itirməsinin əsas səbəbi alkoqol qəbulunu azaltmasıdır:

“Əvvəllər içki içməyin böyük tərəfdarı idim. İndi isə çalışıram ki, sadəcə səbəbsiz içməyim. Əgər axşam yeməyində bir qədəh şərab içmək qərarına gəlsəm, bu, doğrudan da yaxşı şərab olur”.