Yaşar Nurinin qızı vəfat etdi

Yaşar Nurinin qızı vəfat etdi
3930 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızı vəfat edib. 

Axşam.az xəbər verir ki, bu haqda "Elgizlə izlə" proqramında deyilib. Bildirilib ki, Ülviyyə bu gün dünyasını dəyişib. 

Y.Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva bildirib ki, gecə saat 4-də qızının qəfildən halı pisləşib və rəhmətə gedib:

"Gündüz gülüb-danışdıq. Axşam zəng edib ki gəl. Qəfildən oldu".

Ülviyyənin 47 yaşı var idi. 

Qeyd edək ki, Y.Nurinin iki qız övladı var. Onun digər qızı Ülkər isə müğənnidir. 

Ülviyyə bir neçə il əvvəl avtomobil qəzasında həyat yoldaşını itirib.