Model Günay Musayevanın keçmiş həyat yoldaşı, türkiyəli aktyor Tolqa Karel sosial media hesabında paylaşım edib.
Axşam.az xəbər verir ki, o, ailəsi ilə yeni fotosunu izləyiciləri ilə bölüşüb. Tolqa Şükran Gününü ailəlikcə necə qeyd etdiklərini göstərərək bunları yazıb:
"Hamınızın Şükran Günü mübarək. Çox insan baxar, amma az adam görür əzmi, cəsarəti və tək ürək olmağı".
Qeyd edək ki, aktyorun ilk evliliyi azərbaycanlı model Günay Musayeva ilə olub. Onların Cahangir adlı oğulları var. Günay və Tolqa 2015-ci ildə ayrılıb. Aktyor ikinci dəfə ailə qurandan sonra Amerikaya köçüb. Tolqanın bu evliliyindən daha 4 övladı var.
