Xalq artisti Aygün Kazımova da gündəmi zəbt edən həmkarı Röya Ayxanla olan fotolarına münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, Pop diva açıqlamasında şou-biznesə səslənərək dostluq mesajını çatdırıb.
"Eyni hissləri mənim komandam, fanatlarım da yaşayır, sevinirlər. Bu, bizim Röya ilə göyün yeddinci qatındakı ikinci görüşümüz idi. Qarşıda gözəl layihələrimiz var. Sadəcə gözləyin. Bu, şou-biznesə gözəl sevgi mesajı olsun. Dostuq, birlik, anlayış, sevgi ilə örnək olaq” deyə, Kazımova bildirib.