"Veliaht"da "Tərəkəmə" oynadılar - Video

"Veliaht"da "Tərəkəmə" oynadılar - Video
3356 dəfə oxunub
  • A-
  • A
  • A+

Daha bir türk serialında Azərbaycan musiqisi səsləndirilib.

Axşam.az xəbər verir ki, bu dəfə "Veliaht"ın 13-cü bölümündə "Tərəkəmə" mahnısı qoyulub və aktyorlar buna rəqs edib. Belə ki, həmin səhnədə ekran işinin əsas obrazlarından olan və serialda qardaş kimi təqdim edilən Yahya Kaptan və Selim “Tərəkəmə” sədalarında oynamağa başlayıblar.

Qeyd edək ki, “Tərəkəmə” Azərbaycan xalqının ən qədim rəqslərindən biridir və adını əsasən köçəri həyat tərzi sürən və maldarlıqla məşğul olan tərəkəmə tayfalarından alır. Zamanla “Tərəkəmə” rəqsinin musiqisi yalnız Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də tanınıb, bir çox yerli və xarici bəstəkarlar tərəfindən əsərlərdə istifadə olunub, müxtəlif versiyalarda aranjiman edilib.