Model Səbinə Allahverdiyeva müğənni olmaq qərarına gəlib.
O, Axşam.az saytına açıqlamasında Azərbaycanın Demet Akalını olmaq istədiyini bildirib:
“Türkiyədə ən çox sevdiyim müğənni məhz Demet Akalındır. Onun səsini, oxumaq tərzini çox bəyənirəm. Mənim də səsim ona bənzəyir. Yaxşı bir mahnı yazdırıb, oxumaq istəyirəm. Azərbaycanın Demet Akalını olmağa iddialıyam. İnanıram ki, bu addımım maraqla qarşılanacaq. Çünki bizdə hazırda belə fərqli ifa tərzi olan sənətçi yoxdur”.