2 nəfər plastik cərrahdan şikayətçidir - Rəsmi

2 nəfər plastik cərrahdan şikayətçidir - Rəsmi
951 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, plastik cərrah Vüqar Ələkbərovun əməliyyat etdiyi Əməkdar artistin səhhətində problemlər yaranıb.

Axşam.az-ın məlumatına görə, məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Prokurorluqdan bildirilib ki, Vüqar Ələkbərov barəsində 2 nəfər şikayət ünvanlayıb:

“Plastik cərrah Vüqar Ələkbərov tərəfindən icra olunan əməliyyatlar nəticəsində səhhətlərində problemlər yaranmasına dair 2 nəfərin müraciəti üzrə Bakı şəhəri Nəsimi və Binəqədi rayon prokurorluqlarında araşdırma aparılır.

Hər iki müraciət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.