“Prezidenti hədələmək” ittihamı ilə 4 il 2 ay həbs cəzasına məhkum edilən jurnalist Fatih Altaylı azadlığa buraxılıb.
Axşam.az xəbər verir ki, bu barədə məlumatı "Sözcü" qəzeti yayıb.
Bildirilir ki, Altaylının vəkilləri Rezzan Aydınoğlu, Ömer Teker və Metin Arslan tərəfindən edilən etirazların rədd edilməsindən sonra iş üzrə Bölge Adliye Məhkəməsinə müraciət olunub.
Məhkəmə Fatih Altaylının azadlığa buraxılması barədə qərar verib.
Qeyd edək ki, jurnalist 22 iyun tarixindən etibarən həbsdə idi.