"Ay qız, abrın olsun, küçə adamı kimi danışma"

"Ay qız, abrın olsun, küçə adamı kimi danışma"
4730 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Faiq Ağayev geyimini tənqid edən izləyiciyə sərt cavab verib. 

Axşam.az xəbər verir ki, "Hərşeyşünas" verilişində qonaq olan müğənni bəzəkli pencəyini tənqid edən izləyicidən danışıb. O bildirib ki, müğənnilərin səhnə geyimi müqayisə edilməməlidir:

"Göyşayda gözəl konsertdə çıxış etmişəm. Qayıtmışam, bir yiyəsiz qız yazıb: o nə qeyri-ciddi pencəkdir geyinmişdin? Ona cavab verərlər? Qız elə söz yazar? Elə qızı boğarlar. Ay qız, abrın, ismətin olsun, küçə adamı kimi danışma. İncəsənət xadiminə "ciddi, qeyri-ciddi" iradı ilə yanaşarlar? Məmurla,siyasətçi ilə müğənni arasında fərq yoxdur? Həkimin ağ geyimini, kosmonavtın geyimini qəbul edirlər, müğənninin qaşlı pencəyini yox. Bu cür adamlar oksigen sərfidir".