Yeni Zelandiya və Okeaniya sakinləri planetdə 2026-cı ilin gəlişini ilk qeyd edənlər olublar.
Axşam.az xəbər verir ki, 1 yanvarı ən tez qeyd edənlər Kiribati adlı Sakit okean ada dövləti olan Milad Adası olub. Ada Qrinviç vaxtından (GMT) 14 saat qabaq işləyir.
Kiribatidən sonra cəmi 15 dəqiqə fərqlə ili Yeni Zelandiyanın Çatem adaları qeyd edib. Ardınca Yeni Zelandiyanın özü, Tokelau və Tonqa kimi bir sıra digər Sakit okean adaları da 2025-ci ilə keçib. Avstraliyanın Sidney şəhərində yüz minlərlə insan - həm yerli sakinlər, həm də turistlər - Liman Körpüsü və Sidney Opera Teatrının üzərində xüsusilə gözəl görünən möhtəşəm Yeni il atəşfəşanlığını seyr etmək üçün toplaşıblar.