“Loki” filminin ulduzu Tom Hiddlestonun ikinci övladı dünyaya gəlib.
Axşam.az xəbər verir ki, bu barədə aktyor “GQ” nəşrinə müsahibəsində bildirib.
O, ikinci övladının cinsiyyəti ilə bağlı heç bir məlumat verməyib.
Qeyd edək ki, Tom Hiddleston və Zavi Eşton 2019-cu ildən münasibətdədirlər. 2022-ci ilin martında nişanlanan cütlüyün oktyabrda ilk övladları dünyaya gətirib. Onlar övladlarının cinsiyyətini gizli saxlayırlar.