Xalça Muzeyinin şöbə müdiri vəfat etdi

Xalça Muzeyinin şöbə müdiri vəfat etdi
1063 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Milli Xalça Muzeyinin kollektivinə ağır itki üz verib.

Axşam.az xəbər verir ki, muzeyin Mədəniyyət və təhsil şöbəsinin müdiri Aygün Abasova yanvarın 1-i 57 yaşında vəfat edib.

Qeyd edək ki, A.Abasova muzey sahəsində peşəkar fəaliyyətinə görə 2017-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.