QMİ-dən Həcc ziyarəti ilə bağlı - Çağırış

QMİ-dən Həcc ziyarəti ilə bağlı - Çağırış
538 dəfə oxunub
  • A-
  • A
  • A+

Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə bağlı çağırış edib.

Axşam.az xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat yayıb.

O qeyd edib ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliynin dünyadakı bütün Həcc missiyalarına Həccə qeydiyyat prosedurlarının erkən bitirilməsini ciddi şəkildə tələb edir:

“Belə ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq. Ona görə, Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyata alınsınlar. Kvotanın dolub-dolmamasınsan asılı olmayaraq sənədlərin qəbulu 15 fevral tarixində bitəcək”.