Dünya şöhrətli macar rejissor Bela Tarr vəfat edib.
Axşam.az xəbər verir ki, 70 yaşlı rejissor uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Bela Tarrın karyerasında ilk uzunmetrajlı filmi 1977-ci ildə cəmi 22 yaşında olarkən çəkib. Filmdəki aktyor və aktrisalar yerli əhalidən seçilmiş və rolları qarşılığında heç bir məvacib almayıb. Ekran işi 6 günə ərsəyə gəlib. "Ailə yuvası" adlanan film 1979-cu ildə yayımlanıb.
O, "Payız Almanaxı" , "Şeytanın tanqosu", "Düzənlikdə səfər", "Verçkmeyshter harmoniyaları" kimi filmlərin rejissor kürsüsndə əyləşib. Tarrın yaradıcılığının son filmi isə "Torino atı" olub.