“Tomorrowland” festivalı tarixində bir ilk

“Tomorrowland” festivalı tarixində bir ilk
812 dəfə oxunub
  • A-
  • A
  • A+

Elektron musiqi festivalı "Tomorrowland" tarixində ilk dəfə Taylandda baş tutacaq.

Axşam.az xəbər verir ki, bu barədə "Hypebeast" nəşri məlumat yayıb. Tədbir 2026-cı il 11–13 dekabr tarixlərində Pattaya şəhərində keçiriləcək. Festivalın məkanı Visdom Valley olacaq.

Taylandda təşkil ediləcək "Tomorrowland" tədbirinə 50 mindən çox qonağın qatılması gözlənilir. Orijinal Belçika versiyasından fərqli olaraq, Asiya festivalında kempinq nəzərdə tutulmur — iştirakçılar hotellərdə yerləşdiriləcək.

Biletlərin qlobal satışı isə 7 martda başlayacaq.