Əfsanəvi "Karvan" qrupunun yaradıcılarından biri olan Sevinc Kərimova vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə aparıcı Leyla Quliyeva sosial şəbəkədə məlumat yayıb.
"Sevinc xanım Kərimova... Əfsanəvi "Karvan" qrupunun, "Bakı Payızı" müsabiqəsinin yaradıcılardan biri, bəstəkar Mikayıl Vəkilovun həyat yoldaşı, silahdaşı... Nə qədər enerjili, təşəbbüskar, innovativ bir xanım idi.. Nə yaxşı ki, onu tanıdım, nə yaxşı ki, onun layihəsində iştirak edə bildim. Təəssüf ki, son aylarda xəstə olduğunu çox gec bildim. Bu gün isə dünyasını dəyişdi. Allah rəhmət eləsin” deyə, Leyla Quliyeva yazıb.
Qeyd edək ki, Sevinc Kərimova uzun illərdir ailəsi ilə birlikdə Amerikada yaşayırdı. O, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
