"Türk mediası hər zaman mənimlə pis davranıb" - Küsüb İtaliyaya getdi

"Türk mediası hər zaman mənimlə pis davranıb" - Küsüb İtaliyaya getdi
1485 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Can Yaman İstanbul Baş Prokurorluğu tərəfindən narkotik araşdırması çərçivəsində saxlanılıb və ondan test nümunələri götürüldükdən sonra sərbəst buraxılıb.

Axşam.az-ın məlumatına görə, aktyor sözügedən hadisə ilə bağlı paylaşım edib. O, İtaliyaya getdiyini açıqlayıb.

"Əziz İtaliya mətbuatı, Türk mediası hər zaman mənimlə pis davranıb, bu yeni bir hal deyil. Amma siz fərqlisiniz. Xahiş edirəm, yayılan xəbərləri kopyala-yayımla etməyin. Polisin genişmiqyaslı istintaqlar apardığı və bir çox məşhur şəxsin saxlanıldığı bir dövrdə, klublarda narkotik istifadə etdiyimi doğrudanmı düşünürsünüz? Əgər bu, uzaqdan da olsa doğru olsaydı, bu qədər qısa müddətdə sərbəst buraxılıb ertəsi gün İtaliyaya qayıda bilməzdim. Səni sevirəm, İtaliya".

Can Yamanın bu açıqlaması Türkiyədən olan izləyicilərini qəzəbləndirib.