Türkiyəli aktyor Can Yaman saxlanılıb.
Axşam.az xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Bildirilib ki, ötən gecə İstanbul Baş Prokurorluğu tərəfindən narkotik araşdırması çərçivəsində şəhərin doqquz məşhur məkanında əməliyyat keçirilib.
Əməliyyat çərçivəsində Can Yamanla yanaşı, “Bu tarz benim” və “İşte benim stilim” adlı verilişlərdən tanınan model Melisa Şahinin ikinci dəfə saxlanıldığı, ardınca həbs olunduğu bildirilir.
***
Keçirilən əməliyyat nəticəsində əyləncə məkanlarından birində saxlanılan aktyor Can Yaman test nümunələri götürüldükdən sonra prokurorluğun qərarı ilə sərbəst buraxılıb.