Türkiyəli aktrisa Mina Demirtaş yeni seriala çəkilir.
Axşam.az xəbər verir ki, aktrisa "Delikanlı" adlı ekran işində rol alacaq. O, layihədə varlı bir ailənin qızı "Dila"ya həyat verəcək.
Qeyd edək ki, ekran işinin baş rolu Mert Ramazan Demirə həvalə edilib.
Mina son olaraq "Kızıl qoncalar" serialında çəkilib.