Oktay Kaynarca ev dustaqlığına buraxıldı

Oktay Kaynarca ev dustaqlığına buraxıldı
4736 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlar arasında aparılan narkotik istintaqı çərçivəsində türkiyəli aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu saxlanılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar məhkəmə nəzarəti şərti ilə ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, bundan əvvəl də bir neçə məşhur sima narkotik istifadəçisi olma ehtimalı ilə saxlanılıb və qanlarından analiz götürülüb. Onların əksəriyyətinin test cavabları müsbət çıxıb.