Müğənnilər Sevil və Sevinc Səfərova mərhum atası ilə süni intellektlə hazırlanan fotolarını paylaşıblar.
Axşam.az xəbər verir ki, əkizlər bu şəkli görəndə göz yaşlarını saxlaya bilmədiklərini deyiblər.
"Atasızlığın nə qədər ağır bir dərd olduğunu yalnız yaşayan anlayar. Bu şəkli görəndə göz yaşlarıma hakim ola bilmədim. Ürəyimdən keçən tək cümlə var: kaş ki, yanımızda olaydın".
