Freddi Merkurinin "gizli qızı" xərçəngin qurbanı oldu

Freddi Merkurinin "gizli qızı" xərçəngin qurbanı oldu
665 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur “Quenn” qrupunun mərhum üzvü Freddi Merkurinin "gizli qızı" kimi tanınan Bibi vəfat edib.

Axşam.az xəbər verir ki, o, 48 yaşında nadir onkoloji xəstəlik — onurğa sütunu nahiyəsində yaranan xordoma səbəbilə uzun sürən müalicədən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Bibi iki azyaşlı oğul anası idi, əsl adı açıqlanmayıb. Onun varlığı musiqiçinin "Sevgi ilə, Freddi" adlı bioqrafiyasında üzə çıxmışdı. Bibinin külünün Alp dağları üzərində səpələndiyi bildirilib.

Freddi özü 1991-ci ildə vəfat edib.