İranda etiraz aksiyaları hələ də davam edir.
Axşam.az xəbər verir ki, ölkədə baş verən hadisələr fonunda iranlı reper Meraj Tehrani Türkiyəyə keçməyi bacarıb.
O, sosial media hesabında paylaşım edərək ölkəsində baş verən dəhşətli hadisələr barədə danışıb və kömək istəyib:
"Onlar insanları qan içində boğurlar, üzərlərinə birbaşa atəş açır, onları amansızca qətlə yetirirlər. Küçələrdə insanlar, uşaqları öldürürlər. Tehrandan bütün beynəlxalq uçuşlar dayandırılıb. Güclə oradan çıxa bildim. Həqiqətən özümü pis hiss edirəm. Bunu İranda olmayınca başa düşə bilməzsiniz. Kömək edin. Xarici ölkələr yardım etməlidir. Mən İranda cəhənnəmi gördüm".