Mikki Rurkun adından istifadə edib pul yığdılar

Mikki Rurkun adından istifadə edib pul yığdılar
252 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Mikki Rurk yaşayış xərclərinin ödənilməsi üçün ona yardım məqsədilə toplanmış 100 min ABŞ dollarından çox vəsaiti fanatlara geri qaytarmağa çalışır.

Axşam.az xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşım edib.

“Bu, mənim lənətə gəlmiş adım üzərindən pul qazanmaq üçün uydurulmuş iyrənc və çirkin yalandır. Mənə bunu edən adamı ciddi nəticələr gözləyir. Məni tanıyan hər kəs bilir ki, cavab çox sərt olacaq!”.

Hazırda geri qaytarılmalı olan məbləğin təxminən 90 min dollar olduğu bildirilir.

Rurkun on ildən artıq meneceri olmuş Kimberli Hayns yardımçısı ilə birlikdə GoFundMe kraudfandinq platformasında ianə kampaniyasını başladıb.

Qeyd edək ki, yanvarın 3-də Britaniyanın nəşri yazmışdı ki, Hollivud ulduzu kirayə haqqını ödəmədiyi üçün evdən çıxarıla bilər. Nəşrin Los-Anceles Ali Məhkəməsindən əldə etdiyi sənədlərə əsasən, dekabrın 18-də Mikki Rurka 60 min dollar məbləğində gecikmiş kirayə haqqını ödəmək və ya evi boşaltmaq tələbi ilə rəsmi bildiriş təqdim olunub.