İspaniyalı məşhur müğənni Xulio İqlesias iki qadının ona qarşı irəli sürdüyü cinsi zorakılıq və təcavüz iddialarına ilk dəfə münasibət bildirib.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi "El Pais" nəşrinə açıqlamasında danışıb. 82 yaşlı İqlesias açıqlamasında bildirib ki, evində çalışmış iki keçmiş əməkdaşın ittihamlarını qətiyyətlə rədd edir:
“Dərin təəssüf hissi ilə qeyd edirəm ki, mənə qarşı səsləndirilən zorakılıq, məcburiyyət və ya hər hansı qadına hörmətsizliklə bağlı ittihamlar tamamilə əsassızdır və həqiqətə uyğun deyil.”
Qeyd edək ki, bir neçə gün əvvəl müğənninin malikanəsində işçi kimi çalışmış iki qadın onu cinsi təcavüzdə günahlandırıb. Onlardan biri İqlesiasın onu cinsi əlaqəyə məcbur etdiyini, sillə vurduğunu, təhqir etdiyini və döydüyünü iddia edib. Digər qadın isə qeyri-münasib toxunuşlar, təhqirlər, alçaldıcı davranışlar və daimi təqib mühiti ilə üzləşdiyini bildirib.