Şamaxıda 3.8 maqnitudalı zəlzələ qeydə alınıb.
Axşam.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilir ki, zəlzələ yerli vaxtla saat 07:56-da baş verib. Titrəyişlər episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qeder hiss olunub.
***
Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhədində, Ağsu rayonu ərazisində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 07.56-da baş verən zəlzələ episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib.