Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi

Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi
5280 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəzər Universitetinə yeni prorektor təyin edilib.

Axşam.az xəbər verir ki, bu barədə məlumatı “Qafqazinfo”ya universitetin mətbuat xidməti təsdiq edib.

Bildirilib ki, Ülkər İsayeva Xəzər Universitetinin Elmi işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Ülkər İsayeva bundan əvvəl universitetin İnsan resursları departamentinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, Ülkər İsayeva Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızıdır.