Səbinə Emin Ağalarovun mahnısını oxudu

Səbinə Emin Ağalarovun mahnısını oxudu
3314 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Səbinə Babayevanın yeni mahnısı və sinqlının təqdimatı keçirilib.
 
Axşam.az-ın məlumatına görə, “Oceans away” adlı mahnının müəllifi müğənni və bəstəkar Emindir.

Aparıcılığını Murad Dadaşov və Cavid Gülün etdiyi gecədə Səbinə ən hit mahnılarını ifa edib.

Sonda isə o, qonaqlar üçün yeni mahnısı “Oceans away”i səsləndirib. Mayamidə olduğu üçün tədbirə qatıla bilməyən Emin təbrikini video çarx vasitəsilə Səbinəyə çatdırıb.
 
Gecəyə aparıcı Nərgiz Cəlilova, əməkdar artist Ədalət Şükürov, Sevda Ələkbərzadə, Məryəm Süleymanova, müğənni Zamiq, Elnarə, model Səbinə Allahverdiyeva və başqaları da qatılıb.