Beren Saat müğənniliyə başladı, həyat yoldaşından reaksiya gecikmədi

Beren Saat müğənniliyə başladı, həyat yoldaşından reaksiya gecikmədi
5747 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Beren Saat müğənniliyə başlayıb.

Axşam.az xəbər verir ki, o, ilk mahnısı "CapitaliZoo"nu təqdim edib. İngilis dilində olan mahnının sözləri də Berenin özünə məxsusdur.

Onun bu addımına ilk dəstək isə həyat yoldaşı, müğənni Kənan Doğuludan gəlib.

"Canım, eşqim, Berenim, ilk albomunun ilk mahnısını təqdim edirəm. Çıxdığı bu yolda ona kömək edib hər notunu, hər sözünü sevgi və həyəcanla tamamlamaq mənim üçün çox həyəcanlıdır. Xeyirli olsun!" deyə, Doğulu yazıb.