"Epşteyn işi"ndə adı çəkilən yüzlərlə məşhurun - Siyahısı

"Epşteyn işi"ndə adı çəkilən yüzlərlə məşhurun - Siyahısı
1899 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-nin ədliyyə naziri - Baş prokuror Pem Bondi amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərdə adı çəkilən 300-dən çox tanınmış şəxsin siyahısını dərc edib.

Axşam.az xəbər verir ki, siyahıya ABŞ Prezidenti Donald Tramp, sabiq ABŞ liderləri Bill Klinton, Barak Obama, Cozef Bayden, ABŞ-nin sabiq dövlət katibləri - Hillari Klinton, Entoni Blinken, amerikalı milyarderlər Elon Mask, Ceff Bezos, Bill Qeyts, məşhur müğənnilər Maykl Cekson, Beyons, onun həyat yoldaşı reper Cey Z, Bono, mərhum Britaniya Kraliçası II Elizabet, onun həyat yoldaşı, şahzadə Filip Mauntbetten, mərhum Uels şahzadəsi Diana, Böyük Britaniya kralı III Çarlzın titullardan məhrum edilmiş şahzadə qardaşı Endryu,  Birləşmiş Krallıqda ən uzun müddət vəzifədə qalmış baş nazir və ölkənin yeganə qadın baş naziri Marqaret Tetçer, "Meta"nın rəhbəri Mark Zukerberq və digərlərinin adı daxildir.

Ən maraqlı məqam isə siyahıda Baş prokuror Pem Bondinin öz adının da olmasıdır.

Həmin siyahını təqdim edirik: