"Başıma gəlməyən müsibətlər qalmadı. Uşaq vaxtından fikir etmişəm. Anam, atam, bacım, qardaşım, qardaşımın balası... Taleyim belə gətirdi".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Qonaqcanlı" verilişində deyib. Sənətçi səhhətində yaranan problemdən danışıb:
"Həkim dedi ki, ürəyinlə ciyərinin ortasında şiş yaranıb, səsim batdı. Belə bir şeylə tibbdə rastlanılmayıb. Həkimlər dedi ki, Azərbaycanda ilk səndə gördüm. Fikirdən yarandı. Həssas adamam. Nəsə qəfil xəbər olanda ətrafdakılara deyirəm mənə deməyin. Tək yaşayıram. Çox pis oluram".