"20 ildir "polisik", "mafiyalar" qədər nüfuzumuz yoxdur"

"20 ildir "polisik", "mafiyalar" qədər nüfuzumuz yoxdur"
1345 dəfə oxunub
  • A-
  • A
  • A+

"Arka sokaklar" serialında illərdir "Rza baba" obrazını canlandıran aktyor Zafer Ergin son vaxtlar reytinqlərdə birinci olan mafiya mövzulu ekran işlərinə olan marağı tənqid edib.

Axşam.az xəbər verir ki, aktyor mafiya mövzulu layihələrin daha çox izlənilməsini tamaşaçıların marağı ilə əlaqələndirib:

"Bəzi telekanallar daha çox mafiya seriallarına üstünlük verir. Görünən odur ki, tamaşaçı mafiya izləmək istəyir. Biz 20 ildir "polis"lik edirik, amma nüfuzumuz onlar qədər deyilmiş kimi görünür".

Qeyd edək ki, hazırda Türkiyədə "Eşref Rüya", "Yeraltı" kimi mafiya mövzulu seriallar yayımlanır.