"Yeşilçam ulduzu" Mətin Akpınarın 36 il sonra ortaya çıxan nikahdankənar qızı Duyqu Nebioğlu məhkəməni udub.
Axşam.az xəbər verir ki, məhkəmə Akpınarın qızına 6 milyon lirə (təxminən 320 min manat) məbləğində mənəvi təzminat ödəməsini qərara alıb.
Bildirilir ki, Duyqu iddia ərizəsində M.Akpınarın atalıq məsuliyyətini yerinə yetirilmədiyini və bunun ona psixoloji zərər vurduğunu bildirib. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları araşdırdıqdan sonra iddianı təmin edib.
Qeyd edək ki, bir müddət əvvəl məhkəmə qərarı ilə Duyqu Nebioğlunun Metin Akpınarın bioloji qızı olduğu rəsmən təsdiqlənmişdi.