Quf üçün 2 il şərti cəza istənildi

Quf üçün 2 il şərti cəza istənildi
331 dəfə oxunub
  • A-
  • A
  • A+

Moskvanın Naro-Fominsk Şəhər Məhkəməsində prokuror reper Quf (əsl adı Aleksey Dolmatov) üçün 2 il şərti cəza tələb edib.

Axşam.az xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. O, bunu Dolmatovun himayəsində iki uşağın olması ilə əsaslandırıb.

Əvvəllər quldurluqda ittiham olunan Qufun işi sonradan özbaşınalıq maddəsinə tövsif edilib. İş üzrə digər təqsirləndirilən şəxs, reperin tanışı Gevork Saruxanyan üçün də prokuror 2 il şərti cəza istəyib.

İstintaqın əvvəlki versiyasına görə, 2024-cü ilin oktyabrında hamamda baş verən münaqişə zamanı Quf asayişi bərpa etmək üçün hadisə yerinə gələn Rosqvardiya əməkdaşının mobil telefonunu götürüb. Hadisə zamanı reper onunla mübahisə edib və üz nahiyəsinə iki zərbə endirib.

Qeyd edək ki, Qufu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdi.