Dumanlı hava nə vaxtadək davam edəcək?

Dumanlı hava nə vaxtadək davam edəcək?
213 dəfə oxunub
  • A-
  • A
  • A+

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

Qeyd olunub ki, günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq.