2 ay sonra ölüm səbəbi açıqlandı

2 ay sonra ölüm səbəbi açıqlandı
926 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, "Kriminal qiraət" və "Maska" kimi məşhur filmlərdə canlandırdığı mənfi rollarla tanınan aktyor Piter Qrin 2 ay əvvəl vəfat edib.

Axşam.az xəbər verir ki, amerikalı aktyorun ölüm səbəbi aylar sonra rəsmi olaraq açıqlanıb.

Nyu-York şəhərinin Baş Tibb Eksperti ofisi Piter Qrinin ölümünün səbəbinin təsadüfən açılmış atəş zamanı güllənin sol qolaltına girməsi olduğunu bildirib. Güllə damarı zədələdiyi üçün qan itkisi meydana gəlib. Hadisənin qəza olduğu bildirilib.

Qeyd edək ki, Piterin 2025-ci ilin dekabrın 12-də Manhettendəki mənzilində ölü tapılıb.