Pınar Denizin ərəbcə ifası gündəm oldu - Video

Pınar Denizin ərəbcə ifası gündəm oldu - Video
1267 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Pınar Deniz "Etbil Arabi" jurnalına müsahibə verib.

Axşam.az xəbər verir ki, aktrisa müsahibə əsnasında "El Watar Al Hassas" mahnısını elə ərəb dilində ifa edib. Video qısa zamanda sosial media izləyicilərinin marağına səbəb olub.

Pınar gələcəkdə musiqi sahəsində çalışa biləcəyini istisna etməyib: 

"Heç vaxt heç nə etməyəcəyimi demirəm… Bəlkə edə bilərəm. Lakin hələlik tam albom hazırlamaq fikrində deyilım. Lakin məhdud sayda mahnıdan ibarət mini-albom çıxara bilərəm".

Qeyd edək ki, Pınar aktyor Kıvanç Tatlıtuğla "Dönence" serialına çəkilməyə hazırlaşır. 8 bölümlük serialdan onun 24 milyon lirə (1 milyon manatdan çox), Kıvançın isə 32 milyon lirə (1,5 milyon manatdan çox) qonorara əldə edəcəyi bildirilib.