Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Bakının Əliəşrəf Əlizadə küçəsində avtomobillərin parkinq etməsi nəticəsində yaranan vəziyyətdən şikayətlənib.
Axşam.az xəbər verir ki, sənətçi instaqram səhifəsində video paylaşaraq həmin ərazidə hərəkətin çətinləşdiyini bildirib:
“Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi. Yolun sol tərəfində "AzParking" var, bəs sağ tərəfdə avtomobil saxlamaq olmaz? (Red: sağ tərəfdə maşınlar dayanıb). Buradan güclə keçirik, niyə diqqət etmirsiniz? Çox hörmətli Dövlət Yol Polisi, gəlin bununla bağlı tədbir görün".