"Range Rover"in arxa oturacağında gizlənməyə çalışdı - İlk fotosu

"Range Rover"in arxa oturacağında gizlənməyə çalışdı - İlk fotosu
1484 dəfə oxunub
  • A-
  • A
  • A+

Ceffri Epşteyn işinə görə saxlanılan Böyük Britaniya kralı III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor polis bölməsindən çıxarkən görüntülənib.

Axşam.az xəbər verir ki, o, ötən gün İngiltərədə saxlanılıb. Endryu 2010-cu ildə məxfi Britaniya ticarət hesabatlarını mərhum maliyyəçi Ceffriyə ötürməkdə şübhəli bilinir. Bu iddiaların "Epşteyn işi" üzrə sənədlərdə yer aldığı əks olunub. Məsələ ilə bağlı araşdırmalar davam edir.

Məlumata əsasən, saxlanıldıqdan sonra Endryu sərbəst buraxılıb. Endryu polis idarəsindən çıxarkən "Range Rover" markalı avtomobilin arxa oturacağında uzanaraq jurnalistlərin obyektivindən yayınmağa çalışıb. Buna baxmayaraq, fotoqraflar onu görüntüləyə biliblər. 

Böyük Britaniya Kralı isə açıqlamasında "Qanun öz işini görməlidir" deyə bildirib.

Xatırladaq ki, Temza Vadisi Polisi onu dövlət vəzifəsində sui-istifadə şübhəsi ilə, 66 yaşının tamam olduğu gün evində saxlayıb. Həmin dövrdə şahzadə 10 il müddətində Böyük Britaniyanın beynəlxalq ticarət üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edib.

Qeyd edək ki, Endryunun adı ABŞ Ədliyyə Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanan "Epşteyn işi" üzrə sənədlərdə də keçir.