Belçika "Avroviziya"nı belə boykot etdi

Belçika "Avroviziya"nı belə boykot etdi
323 dəfə oxunub
  • A-
  • A
  • A+

Belçikanın ictimai yayım şirkəti VRT şərhçilərdən və kontent yaradıcılarından ibarət komandasını "Avroviziya 2026" üçün Vyanaya göndərilməyəcəyini bəyan edib.

Axşam.az xəbər verir ki, uzun illərdir yarışın şərhçisi olan Peter Van de Veire yayımı Brüsseldəki VRT studiyasından aparacaq. Lakin VRT-nin xəbər şöbəsi "VRT NWS" jurnalistlər göndərərək yarışla bağlı reportajlar hazırlayacaq.

VRT açıqlamasında vurğulayıb ki, bu yanaşma televiziya şirkətinin demokratik cəmiyyətdə rolunu əks etdirir. Eyni zamanda, VRT Avropa Yayım Birliyi (AYB) tərəfindən təşkil olunan müsabiqənin mövcud formatını tənqid edib. Belçika yayımlayıcısına görə, tədbir daha çox həmrəylik, birlik və sülh dəyərlərinə diqqət yetirməlidir. VRT hesab edir ki, AYB sosial konteksti və auditoriyanın hissiyatını kifayət qədər nəzərə almır. Teleradio şirkətinin tənqidi addımı müsabiqədə iştirak etməyən, lakin onu yayımlamağa davam edən bir sıra digər Qərbi Avropa ölkələrinin mövqeyinə bənzəyir.

Buna baxmayaraq, Belçika yarışda iştirak edəcək. Ölkəni Essyla “Dancing on the Ice” mahnısı ilə təmsil edəcək. O, ilk yarımfinalın ikinci hissəsində 12 may 2026-cı ildə səhnəyə çıxacaq.