Xəbər verdiyimiz kimi, Türkiyədə yayımlanan "Aynı yağmur altında" serialı "donuz əti" səhnəsinə görə tənqid olunub.
Axşam.az xəbər verir ki, layihənin istehsalçısı "Baba Yapım" məsələ ilə bağlı açıqlama yayıb.
"Bizi insan edən dəyərlərin süni gündəmlərdən daha dərin köklərə malik olduğuna inanırıq. Serialımızdan kontekstdən çıxarılan və manipulyasiya edilən bir səhnə üzərində aparılan müzakirələr qətiyyətimizi azaltmır. Əksinə, bir-birimizin həssaslığına hörmətlə yanaşmaqla eyni yağışın altında gəzmək inancımızı artırır. Bilirik və inanırıq ki, külək hansı tərəfə əsirsə, eyni yağışın altında islananların sığına biləcəyi yeganə liman, bir-birlərinə olan sarsılmaz hörmətləridir".