Teylor Svift 6-cı dəfə bu titulun sahibi oldu

Teylor Svift 6-cı dəfə bu titulun sahibi oldu
867 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı müğənni Teylor Svift 2025-ci ilin ən çox satılan musiqi ifaçısı olub.

Axşam.az xəbər verir ki, bu barədə "International Federation of the Phonographic Industry" (IFPI) məlumat yayıb.

Müğənni bu titulu artıq altıncı dəfə, ardıcıl olaraq isə dördüncü ildir qazanır.

Reytinqdə ikinci yeri Cənubi Koreyanın pop qrupu "Stray Kids", üçüncü yeri isə rep ifaçısı Dreyk tutub.