İftar süfrəsinə bu gün hazırlaya bilərsiniz

İftar süfrəsinə bu gün hazırlaya bilərsiniz
1977 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az "İftar menyusu"nu təqdim edir:

Asan şorbası

Ərzaqlar:
2 qaşıq kərə yağı
3 xörək qaşığı qarğıdalı unu
1 orta kartof
1 soğan
Kök - 1 ədəd
Qaynadılmış toyuq filesi - 200 qr
2 diş sarımsaq
2 stəkan toyuq suyu
4 stəkan qaynar su
1 çay qaşığı qara bibər
1 çay qaşığı duz

Üzəri üçün:
2 xörək qaşığı yağ
1 çay qaşığı üyüdülmüş qırmızı bibər

Hazırlanması:
Kərə yağı dərin bir qazanda əridin. Ərinmiş yağa qarğıdalı unu əlavə edin və təxminən 3 dəqiqə qızardın. Qarğıdalı ununa soğan, kartof və sarımsağı əlavə edib 5 dəqiqə daha qovurun.Tərəvəzlərə toyuq əti, suyu və qaynar su əlavə edin və tərəvəzlər yumşalana qədər bişirin. Tərəvəzlər yumşaq olduqdan sonra blenderlə hamarlanana qədər qarışdırın. Bu mərhələdə şorba qatı görünürsə, isti su əlavə edə bilərsiniz.
Şorbanı bir neçə dəqiqə daha qaynadıqdan sonra ocağı söndürün. Ayrı tavada qızdırdığınız yağa qırmızı bibər tozunu əlavə edib süfrəyə verərkən şorbanın üzərinə tökün.

Küftəli şam yeməyi

Ərzaqlar
2 ədəd kartof
2 ədəd kabak
2 ədəd badımcan
1 ədəd yerkökü
2 stəkan qaynadılmış noxud
4 xörək qaşığı zeytun yağı
1 çimdik duz
1 çimdik qara istiot

Küftə üçün:
200 qram qiymə
1 kiçik yumurta
1/2 soğan (sürtgəcdən keçirilmiş)
1 xörək qaşığı çörək qırıntıları
1/2 çay qaşığı qara istiot
1/2 çay qaşığı zirə
1 ovuc doğranmış cəfəri
1 çimdik duz

Sous üçün:
2 pomidor
1 xörək qaşığı tomat pastası
2 diş sarımsaq
1  çay qaşığı kəklikotu
2 stəkan su
1 çimdik duz

Hazırlanması:
Dərin bir qabda qiymə, 1 kiçik yumurta, yarım sürtgəcdən keçirilmiş soğan, 1 xörək qaşığı çörək qırıntısı, duz, istiot, zirə və doğranmış cəfəri qarışdırın. Yaxşıca qarışdırın. Qarışıqdan qoz böyüklüyündə küftələr düzəldin. 2 kartof, 2 balqabaq, 2 badımcan və 1 yerkökünü soyun və böyük kublar şəklində doğrayın. Dərin bir qabda doğranmış tərəvəzləri 4 xörək qaşığı zeytun yağı, duz və istiotla qarışdırın. Tərəvəzləri və küftələri perqament kağızı ilə örtülmüş böyük bir soba qabına qoyun. Əvvəlcədən isidilmiş sobada 200 dərəcədə tərəvəzlər yüngülcə qızarana qədər bişirin. Tərəvəzləri, küftələri və 2 stəkan noxudu digər bir soba qabına yığın. Sous üçün 2 pomidoru sürtgəcdən keçirin. Bir qabda sürtgəcdən keçirilmiş pomidorları, 1 xörək qaşığı tomat pastasını, 2 diş sürtgəcdən keçirilmiş sarımsağı, 1 çay qaşığı kəklikotu, duzu və 2 stəkan suyu birlikdə çalın. Hazırlanmış sousu tərəvəz və küftələrin üzərinə tökün. Yeməyi yenidən sobada 200 dərəcədə daha 20 dəqiqə bişirin.

Kremli peçenye

Ərzaq:
Yağ - 150 qr.
Un - 3,5 stəkan
Qatıq - 3 xörək qaşığı
Qabartma tozu - 50 qr.

Krem üçün:
Süd - 1,5 stəkan
Un - 3 xörək qaşığı
Şəkər tozu - 5 xörək qaşığı
Yumurta sarısı - 1 ədəd
Kivi - 5 ədəd
Vanil

Hazırlanması:
Krem:
 Süd, un, vanil, şəkər tozu və yumurta sarısını bir qabda qarışdırıb, sobada qatılaşana qədər bişirin. Hazır olandan sonra soyumaq üçün soyuducuya yerləşdirin.
Xəmir: Yağı əridib, soyudun. Una qabartma tozu qatıb, ələyin. Üzərinə qatıq və əridilmiş yağı əlavə edib, yoğurun. Xəmir hazır olduqdan sonra onu 1 saat saxlayın. Xəmirdən qoz böyüklüyündə kündələr düzəldib, əlinizlə yastıladın. Ortasına kremdən bir az qoyub, üzərinə fındıq səpib, bükün və sobada bişirin. Peçenyelər hazır olduqdan sonra kənarını kiçik kəsib, içərisinə uzunsov doğranmış kivi qoyun. Üzərinə qənd kirşanı səpib, süfrəyə verin.