Rusiyada VPN də işə yaramayacaq

Rusiyada VPN də işə yaramayacaq
903 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada teleqramın VPN-lə də işləməyəcəyi bildirilib.

Axşam.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Andrey Svintsov açıqlayıb. Onun sözlərinə görə, platforma ölkədə tam bloklanacaq və istifadəçilər VPN vasitəsilə də ondan istifadə edə bilməyəcəklər.

O qeyd edib ki, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya üzrə Nəzarət Xidməti (Roskomnadzor) bütün internet trafikini bloklaya və məhdudiyyətlərə məhəl qoymama hallarının qarşısını alacaq.