Rəqsanə şəkildəki cavan oğlandan danışdı

Rəqsanə şəkildəki cavan oğlandan danışdı
2307 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəqsanə sosial şəbəkədə paylaşdığı gənc oğlanla şəkili barəsində danışıb.

Hazırda Moskvada olan sənətçinin Axşam.az-a verdiyi məlumata görə, fotolardakı gənc onun bacısı oğludur.

Rusiyada təhsil alan Tunar müğənninin qızı ilə qalır:

“Tunar mənim oğlum kimidir. Aysunla birlikdə Rusiyada təhsil alırlar. Nişanlımın fotosu hamıya maraqlıdır. Amma o, mediadan kənar qalmağı istəyir. Mən də onun bu qərarına hörmətlə yanaşıram. Hazırda münasibətlərimiz çox gözəl davam edir. Toyun gecikməyinə isə mənim Türkiyədəki layihəm səbəb olur. Albom çıxsın, klip çəkilsin, konsert baş tutandan sonra toy tarixini də dəqiqləşdirəcəyik”.

Zəhra Əhmədova