Türkiyədə daha bir neçə məşhur saxlanıldı

Türkiyədə daha bir neçə məşhur saxlanıldı
1188 dəfə oxunub
  • A-
  • A
  • A+

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində məşhurlara yönəlmiş genişmiqyaslı əməliyyat keçirilib.

Axşam.az xəbər verir ki, sosial media fenomenləri Samet Liçina, Mika Slovana və Elif Karaaslan saxlanılıb.

Xaricdə olduqları müəyyən edilən aktyor İlker İnanoğlu və müğənni Cem Adrian barəsində isə həbs qərarı çıxarılıb.

Narkotiklərlə Mübarizə Polisi Bebek səmtində yerləşən məşhur məkanların birində əməliyyat keçirərək axtarış aparıb.

Hadisə ilə bağlı istintaq tədbirləri davam edir.