Müğənnilərdən həbsxanada "Gangnam style" (Fotolar)

Müğənnilərdən həbsxanada "Gangnam style" (Fotolar)
2508 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənnilər Zarina Məmmədova və Günay İbrahimli Penitensiar Xidmətin tərbiyə müəssisəsində konsert proqramı ilə çıxış ediblər.

Axşam.az-ın məlumatına görə, şair Cəlal Qurbanovun təşəbbüsü ilə uşaq koloniyasına yollanan gənc müğənnilər onlara Novruz bayramı münasibəti ilə təbriklərini çatdırıb.

Müəssisədə əsl şou nümayiş etdirən xanımlar məşhur mahnılarıyla məhkumları sevindirib.

Ən maraqlı məqamlardan biri isə Günay İbrahimlinin məşhur "Gangnam style" mahnısını yeni üslübda ifa etməsi oldu. Günaya qoşulan Zarina uşaqları rəqsə dəvət edərək az qala bütün dünyanın əzbər bildiyi rəqsi nümayiş etdirdilər.

Müəssisə sakinləri sevdikləri mahnıları sifariş verib, müğənnilərlə birgə ifa etdilər. Ən həssas məqam isə məhkum Amilin Zarina ilə birgə duet oxuması oldu.